Zelenski bu gün Azərbaycana gəlir
(16-12-2019, 10:05)

Zelenski bu gün Azərbaycana gəlirUkrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana səfərə gəlir.

APA-nın Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 16-17-də Azərbaycanda səfərdə olacaq. V. Zelenski Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşəcək.

Prezidentlər Ukrayna-Azərbaycan Biznes Forumunda da iştirak edəcəklər.

Səfər çərçivəsində Ukrayna və Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş bir sıra iki tərəfli sənədlərin imzalanması planlaşdırılır.

Zelenski Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə də görüşəcək.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac