Ərdoğan Putinlə yenə görüşəcək:“Bu, Suriyanın yeni bir dönəminin başlanğıcıdır"
(5-02-2020, 13:43)

Ərdoğan Putinlə yenə görüşəcək:“Bu, Suriyanın yeni bir dönəminin başlanğıcıdır"“Türkiyənin Suriya məsələsində bundan sonrakı strategiyasını açıqlamaq istəyirəm. “Adana razılaşması” Türkiyəyə lazım gələrsə Suriya ərazisində əməliyyat keçirmək hüququ verir. Bəziləri “Suriya ərazisində nə işiniz var, sizi ora kim dəvət etdi?” deyirlər. ABŞ-ı da dəvət etmədilər. Amma bizim əlimizdə “Adana razılaşması” kimi sənəd var. “Türkiyənin Suriyada nə işi var” deyənlər ya qafildir, ya da bu millətin düşmənləridir”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup toplantısında səsləndirib.

Onun sözlərinə görə, Türkiyə Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən uzaq durmaq üçün illərlə səbr etdi: “Rejimin hücumlarından qaçan suriyalı qardaşlarımıza qapılarımızı açmaqda tərəddüd etmədik. 2015-ci ildən etibarən, Suriyadakı böhran tamamilə nəzarətdən çıxdı”.

Ərdoğan ölkəsinin İdlibdə 8 şəhid verməsinə də toxunub: “Bu hücum Suriyanın yeni bir dönəminin başlanğıcıdır. Türkiyə əsgərinin qanının axdığı bir yerdə heç bir şeyin eyni vəziyyətdə davam etməsinə icazə verməyəcəyik”.

“Rusiyadan yeganə gözləntimiz Suriyadakı həssaslığımızı anlamasıdır. Dünən axşam Putinlə danışdım. Suriya və Liviyadakı gözləntilərimizi ona söylədim. Danışıqlardan sonra onunla görüşəcəyik. Suriyada ABŞ, Rusiya, İran və koalisiya adı altında bəzi Avropa ölkələri var. Suriyada bəzi Körfəz ölkələri da var. PKK terror təşkilatı, İŞİD-in qırıntıları da var. Suriyada hər kəs var. Əlbəttə, Türkiyə də olacaq!”, – dövlət başçısı vurğulayıb/Report.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac