MSK Fərəc Quliyevə xəbərdarlıq etdi
(5-02-2020, 15:39)

MSK Fərəc Quliyevə xəbərdarlıq etdiMəsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.


Qanun-namine.info-nun xəbərinə görə, o bildirib ki, şikayət qanunvericiliyə uyğun olaraq MSK nəzdində fəaliyyət göstərən Ekspert Qrupu tərəfindən baxılıb və araşdırılıb.

MSK üzvü bildirib ki, M.Hüseynov şikayətində qeyd edib ki, F.Quliyev ona 15 min manat pul təklif edib: “Mehman Hüseynov müraciətində qeyd edib ki, F.Quliyevin namizədliyi ləğv edilsin”.

Araşdırma prosesində tərəflərlə əlaqə saxlanılıb və iclasda iştiraka dəvət olunub.

F.Quliyevin izahatı alınıb. O, izahatında qeyd edib ki, M. Hüseynovla aralarında görüş 45 dəqiqə çəkib: "Fərəc Quliyev bildirib ki, Mehman Hüseynova pul təklif etməyib və səs yazısı montaj edilib".

Qeydə alınmış namizəd Quliyev Fərəc İbrahim oğluna xəbərdarlıq edilməsi məsələsi müzakirəyə çıxarılıb və ona xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac