Koronavirusdan ölənlərin sayı artır- Son rəqəmlər
(6-02-2020, 09:21)

Koronavirusdan ölənlərin sayı artır- Son rəqəmlərÇində koronavirusdan ölənlərin sayı 563 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə bildirib ki, ölkədə virusa yoluxanların sayı 28 018 nəfərə çatıb. Virusa yoluxanlardan 1153 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Qeyd edək ki, Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını Uxan şəhərində naməlum pnevmaniyanın qeydə alınması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin 2019-nCoV koronavirusu tərəfindən yayıldığını müəyyənləşdiriblər.

Bu günə kimi Çindən kənarda 190-dan çox insan bu xəstəliyə yoluxub, 1 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatı yeni virusla bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac