DTX Neftçala İcra Hakimiyyətinin binasında əməliyyat aparır- Xüsusi təyinatlılar binaya daxil olub
(20-02-2020, 11:30)

DTX Neftçala İcra Hakimiyyətinin binasında əməliyyat aparır- Xüsusi təyinatlılar binaya daxil olubAzərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib.

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac