DTX-dən NEFTÇALA RAYON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT –Xüsusi təyinatlılar binaya daxil olub, saxlanılanlar var + Rəsmi məlumat
(20-02-2020, 14:29)

DTX-dən NEFTÇALA RAYON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT –Xüsusi təyinatlılar binaya daxil olub, saxlanılanlar var + Rəsmi məlumatDövlət Təhlükəsizlik Xidməti (DTX) Neftçala İH-də əməliyyat keçirilməsi haqda yayılan xəbərlə bağlı açıqlama yayıb.

Qanun-namine.info xəbər verir ki, açıqlamada Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirildiyi bildirilib:

“Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir”.



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac