MSK-dan 125 saylı dairə ilə bağlı daha bir qərar:11 məntəqənin nəticələri ləğv edildi
(20-02-2020, 16:14)

MSK-dan 125 saylı dairə ilə bağlı daha bir qərar:11 məntəqənin nəticələri ləğv edildiMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədlər Faiq Kərimov və Nazim Azadoğlunun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

MSK üzvü bildirib ki, namizədlər müraciətlərində dairə üzrə seçkilərdə lider namizədin xeyrinə səslərin süni şəkildə artırılmasını qeyd ediblər:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar 11 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 11 seçki (1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat İmamverdi İsmayılovdur.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac