Milli Kitabxana bağlandı –Koronavirusa görə
(12-03-2020, 10:03)

Milli Kitabxana bağlandı –Koronavirusa görəAzərbaycan Milli Kitabxanası koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 11-dən etibarən müvəqqəti dayandırıb.

Bu barədə Milli Kitabxanadan verilən məlumata görə, kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək.

Bununla yanaşı, Milli Kitabxananın onlayn xidmətlərindən http://anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə etmək mümkün olacaq: “Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Ölkədə fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac