Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 143 nəfər sağaldı –Qərargah son məlumatı yaydı
(19-05-2020, 17:58)

Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxdu, 143 nəfər sağaldı –Qərargah son məlumatı yaydıAzərbaycan Respublikasında 131 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 3 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edib, onlardan 2 198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib, 1 279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240 220 test aparılıb”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac