Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu, 2 nəfər vəfat etdi –Qərargah son məlumatı açıqladı
(20-05-2020, 16:59)

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu, 2 nəfər vəfat etdi –Qərargah son məlumatı açıqladıAzərbaycan Respublikasında 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 55 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2253 nəfər müalicə olunaraq sağalmış, 43 nəfər vəfat etmiş, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac