Azərbaycanda şənbə və bazar günləri küçəyə çıxmaq qadağan olunur - RƏSMİ
(3-06-2020, 18:46)

Azərbaycanda şənbə və bazar günləri küçəyə çıxmaq qadağan olunur - RƏSMİ"Karantin rejiminin yumşaldılmasının dayandırılması ilə bağlı müxtəlif variantlar müzakirə olunub. Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər".

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı:

"Müraciətimiz dəyərləndirilib. Narıncı zonada şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib. Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur".


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac