“Həftəsonu əksər ticarət obyektləri, ərzaq dükanları, apteklər bağlanacaq” –Qərargahdan növbəti xəbərdarlıq
(3-06-2020, 18:51)

“Həftəsonu əksər ticarət obyektləri, ərzaq dükanları, apteklər bağlanacaq” –Qərargahdan növbəti xəbərdarlıq“Həftəsonu əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır: Eyni zamanda, dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması nəzərdə tutulub”.

Qanun-namine.info xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, həftəsonu üçün əksər ticarət obyektləri və ərzaq dükanlarının tam qapanması planlaşdırılır: “Apteklərin məsələsi müzakirə olunur. İki gün üçün insanlar tədarüklərini görməlidirlər. Ola bilsin ki, bəzi şəxslərə SMS icazəsi verilsin. Bu, əvvəlki qaydada olmayacaq. Yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı ola bilər. İctimai və şəxsi nəqliyyatdan istifadə isə mümkün olmayacaq”..


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac