Bu qlobal ÜDM 5,2% azalacaq – BMT
(6-07-2020, 19:47)

Bu qlobal ÜDM 5,2% azalacaq – BMTBMT-nin İqtisadi və Sosial Məsələlər Şurası bu il qlobal ümumi daxili məhsulun (ÜDM) 5,2% azalacağını proqnozlaşdırır.

“Bloomberg” agentliyi xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Sənədə əsasən, builki azalma göstəricisi “Böyük Depressiya”dan sonrakı dövrdə qlobal iqtisadiyyatda ən sərt daralmadır və vəziyyət 2008-2009-cu illərdəki qlobal maliyyə böhranından daha pisdir.

Bu il 35-60 milyon insanın ifrat yoxsulluqla üzləşə biləcəyini ehtimal edən BMT bəyan edib ki, qısamüddətli iş yerləri də daxil olmaqla qeyri-rəsmi sektorda çalışan təxminən 1,6 milyard insan iş yerini itirməklə üz-üzədir. Onların əksəriyyəti heç bir sosial müdafiəsi yoxdur. Böhranın ən ciddi təsiri kiçik və orta sahibkarlığa olacaq.

Hesabat dövründə 10 milyon uşaqın daha az qidalana biləcəyi, ümumilikdə yetərsiz qidalanma ilə qarşılaşacaq insanların sayının ötən ilə nisbətən 2 dəfə artaraq 265 milyon nəfərə çatacağı gözlənilir. (report)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac