Azərbaycanda pandemiya dövründə istehsalı artan və azalan məhsullar
(20-08-2020, 14:56)

Azərbaycanda pandemiya dövründə istehsalı artan və azalan məhsullarAzərbaycanda 2020-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 27,6 faiz artım, içki istehsalında 7,0 faiz, qida məhsullarının istehsalında isə 1,5 faiz azalma müşahidə olunub.

Trend-in məlumatına görə, bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 35,6 faiz, qaymaq və xama istehsalı 7,2 faiz, marqarin istehsalı 7,0 faiz, kərə yağı istehsalı 1,5 faiz artmış, duru bitki yağlarının istehsalı 3,8 faiz, qənd və şəkər tozunun istehsalı isə 22,4 faiz azalıb.

Qeyd olunan müddət ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 220,0 milyon manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə geyim istehsalında 15,8 faiz, toxuculuq sənayesində 0,4 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 13,2 faiz azalma müşahidə olunub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac