BFB-nin dövriyyəsi 29% azalıb
(7-09-2020, 18:06)

BFB-nin dövriyyəsi 29% azalıbBu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 153 925 633 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% azdır.

BFB-dən verilən məlumata görə, hesabat dövründə Azərbaycan Mərkəzi Bankının qiymətli kağızları üzrə yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olunmasına baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 41%, korporativ qiymətli kağızlar bazarı üzrə 90%, repo əməliyyatları üzrə 44%, səhmlər üzrə ilkin bazarda isə 100 misli böyümə qeydə alınıb.

Cari ilin avqust ayının son ticarət günü üzrə BFB-nin kapitalizasiyası cari ilin əvvəlinə nəzərən 6% artaraq 2 603 005 079 manata yüksəlib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac