Bakıdakı ən böyük tibb obyekti özəlləşdirməyə çıxarılır –FOTO
(23-10-2018, 10:27)

Bakıdakı ən böyük tibb obyekti özəlləşdirməyə çıxarılır –FOTOƏmlak Məsələləri Dövlət Komitəsi “Milli Sağlamlıq Mərkəzi”ni (MSM) özəl idarəetməyə verməyi planlaşdırır.

2011-ci ildən tikilən Bakıdakı ən iri tibb müəssisəsi hələlik istismara verilməyib. MSM Bakıda Heydər Əliyev prospektində yerləşir və 4,2 hektar ərazini tutur. Mərkəz Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibbi Xidmətinə tabedir. MSM-in tikintisinə və texniki təchizatına dövlət investisiyasının həcmi barədə məlumat verilmir.

ƏMDK bildirir ki, MSM-in əsas binası artıq tikilib. 18 mərtəbəli xəstəxanada 542 xəstəxana çarpayısı, o cümlədən reanimasiya şöbəsində 71 yataq var. Mərkəzdə bir ildə 50 min xəstə, o cümlədən 15 minə qədər stasionar xəstə müalicə oluna biləcək. MSM-də poliklinika, diaqnostika xidməti, qan bankı, cərrahiyyə şöbəsi, təcili yardım və s var.

Əvvəllər ƏMDK Bakıda iki yeraltı avtomobil qarajını idarəetməyə vermək planını açıqlamışdı, amma hələlik onun həyata keçirilməsinə başlanmayıb. (Turan)


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac