Azərbaycan və İran birgə avtomobil istehsal edəcək
(24-01-2019, 18:40)

Azərbaycan və İran birgə avtomobil istehsal edəcəkAzərbaycan və İranın müştərək avtomobil zavodu olan "AzerMaş-İKCO" fevral ayının ortalarından Neftçala sənaye parkında "Peugeot" avtomobilinin istehsalına başlayacaq.

Qanun-namine.info xəbər verir ki, bu barədə "AzerMaş"ın sədri Emin Axundov açıqlama verib.

"Xəzər-Pejo" adlı yeni avtomobillər avtomatik ötürücülər qutusu ilə təchiz olunacaq. "AzərMaş-IKCO" şirkətinin istehsal həcmi ilə 10 min avtomobil olacaq. Birinci mərhələdə (2019-cu ilin sonuna) altı min avtomobil istehsal olacaq. Müəssisənin ilə iki min avtomobil ixrac edəcəyi gözlənilir. Müəssisə 300 nəfəri işlə təmin edəcək.

İlkin mərhələdə "Xəzər" modelindən olan "Khazar SD" və "Khazar LD" avtomobilləri buraxılacaq. E.Axundovun bildirdiyinə görə, "Khazar SD"nin başlanğıc qiyməti 16 min manat, "Khazar LD" isə 18 min manat olacaq.

"Iran Khodro" və onun törəmə şirkəti olan "AzərMash-AzEuroCar" MMC 6 avqust 2016-cı ildə Neftçala sənaye parkında müştərək avtomobil zavodunun yaradılması haqında müqavilə bağlayıb. Layihənin ümumi dəyəri 14,08 milyon dollar qiymətləndirilir. Azərbaycanın investisiya payı 75%, İranın investisiya payı 25% təşkil edir.


Ana səhifəyə qayıt
    Oxunub: 1566

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac