“Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qaydalar hazırlanır” –İnam Kərimovdan açıqlama
(29-01-2019, 16:49)

“Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qaydalar hazırlanır” –İnam Kərimovdan açıqlama“Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qaydalar hazırlanır”.

Bunu bu gün kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

İ.Kərimov qeyd edib ki, qayadalar şəffaf, çevik və bu sahədə çalışan fermerlərin istəklərinə uyğun olmalıdır.

Nazir bildirib ki, bu sahədə səlahiyyətli qurum təkcə Kənd Təsərrüfatı Nazirliyi deyil: “Bu məsələdə bir neçə nazirliyin mövqeyinin olması vacibdir. Ümumilikdə müasir dövrün tələblərinə uyğun olaraq prosedurun daha da təkmilləşməsinə ehtiyac var. Ona görə də bir neçə nazirliklə birgə təkliflərimizi hazırlamışıq. Kənd təsərrüfatı təyinatlı torpaqların öz kateqoriyasına uyğun dəyişdirilməsi və digər kateqoriyalarda istifadə edilməsi sahəsində prosedurlar təkmilləşdiriləcək”.


Ana səhifəyə qayıt
    Oxunub: 1827

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac