Bu obyektlər satışa çıxarıldı
(25-02-2019, 13:06)

Bu obyektlər satışa çıxarıldıMartın 27-də keçiriləcək özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 96 dövlət əmlakı üzrə seçim etmək imkanı var.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, iqtisadi kateqoriya və ümumi faydalı sahə üzrə müxtəlif dövlət əmlaklarının özəlləşməyə çıxarılması investorların seçim imkanlarını artırır. Komitənin keçirdiyi hərraclarda iştirak edən hər kəsin şəffaf mühitdə, onlayn formada seçdiyi dövlət əmlakını özəlləşdirmək imkanı var. Sadə müraciət prosedurları ilə elektron sifarişin verilməsi və virtual hərraclarda iştirak vətəndaşların məmnuniyyətinə, rahatlığına yönəlib.

Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə martın 27-də keçiriləcək növbəti hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.

Müxtəlif şəhər və rayonlar üzrə biznes fəaliyyətinə imkan yaradacaq kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813,2 kvadratmetr arasındadır. Şəkidə istirahət zonası, Mİngəçevir və Yevlaxda yardımçı təsərrüfatlar, Sumqayıt, Qax və Balakəndə əmlak kompleksləri investorlara maraqlı ola biləcək dövlət əmlaklarındandır. Xidmət sahəsi üzrə fəaliyyət göstərmək istəyən şəxslər seçimlərini ticarət və ictimai iaşə obyektləri üzrə edə bilər. Hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək ümumi faydalı sahəsi olan obyekt Qusar Tədarük Satış Bazasıdır. Paytaxtın Nizami rayonu, Babək prospektindəki “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 1350,4 kvadratmetr, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 4129,4 kvadratmetrdir.

Qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, digərləri isə Sumqayıtda yerləşir. Hər bir investor üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 21,7 kvadratmetrdən 230,8 kvadratmetrə qədərdir. Ofis, xidmət obyekti və digər formada istifadəyə uyğun olan qeyri-yaşayış sahələrindən biri paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 49,2 kvadratmetrdir.

Hərraca ölkə üzrə müxtəlif şəhər və rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45 faizlik səhm paketləri də çıxarılıb. Bu şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlar “Beyləqan Sənaye Kombinatı”, “Salyan broyler”, “Yevlax Təkrar Xammal” kimi dövlət əmlaklarıdır.

Özəlləşdiriləcək dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən investorlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu elektron resurslar vasitəsilə onlayn sifarişlərin verilməsi və hərraclarda iştirak imkanları da təmin olunur.


Ana səhifəyə qayıt
    Oxunub: 2697

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac