Yeni nəsil nəzarət kassa aparatlarının operatorları necə işləyəcək?
(27-02-2019, 18:28)

Yeni nəsil nəzarət kassa aparatlarının operatorları necə işləyəcək? Azərbaycanda yeni nəzarət kassa aparatları tətbiq edilməyə başlanıb. Real rejimdə işləyən bu kassalara vurulan bütün məlumatlar həmin vaxt Vergilər Nazirliyinin sistemində görünür.
Qanun-namine.info xəbər verir ki, hazırda vergi ödəyicilərini maraqlandıran əsas məsələlərdən biri də kassa aparatları ilə bağlı operatorların fəaliyyətidir.

Operatorlar - Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən kassa sistemlərinin təchizatını, satışını, nazirliyin xüsusi nəzarət mexanizm qurğusu ilə təmin edilməsini, qeydiyyatını, sertifikatlaşdırılmasını, servis texniki xidmətlərin göstərilməsini həyata keçirir və rezident hüquqi şəxsdir.


Kimlər operator ola bilər?

Vergilər Nazirliyinin açıqlamasına görə, istənilən ölkə vətəndaşı hüquqi şəxs qismində qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verirsə, operator olmaq hüququna malikdir.

“Bunun üçün ayrıca tender keçirilməyəcək. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs operatorlar üçün portal üzərindən gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş ərizəyə məlumatları daxil edərək Vergilər Nazirliyinə müraciət edir.

Oxu: Onlayn kassalar həm dövlət, həm də sahibkarlar və istehlakçılar üçün faydalı olacaq - MÜSAHİBƏ
Daxil olan müraciət əsasında hüquqi şəxsin irəli sürülən tələblərə uyğunluğu yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq və sertifikatlaşdırma üçün kassa sisteminin modelinin nümunəsinin ekspert komissiyasına təqdim edilməsi barədə bildiriş göndərilir.

Texniki sınaq və sertifikatlaşdırma müsbət nəticə verdikdə kassa sistemi dövlət reyesterinə daxil edilir və hüquqi şəxsə operator statusu alması barədə bildiriş göndərilir”.

Hansı tələblər var?

Qeyd edək ki, operatorlar üçün bir sıra tələblərin irəli sürülməsi gözlənilir. Bu tələblərə onun bank hesabına malik olması, vergi ödəyicilərinə xidmət göstərəcək ən azı bir məntəqə və ya texniki filialının olması, dövlət büdcəsinə borcunun olmaması nəzərə alınır.

Oxu: Niyə nağd ödəyirsiniz? - SORĞUNUN CAVABI
Eyni zamanda, sertifikasiyadan keçərək dövlət reyestrinə daxil edilmiş və tələblərə cavab verən ən azı bir kassa modelinə, kassa sisteminin istehsalçısı ilə bağlanmış alqı-satqı müqaviləsinə və texniki xidmət göstərmək bacarığına malik ən azı bir əməkdaşa malik olmalıdır.

Operatorun funksiyaları

Operator bir sıra öhdəlikləri də öz üzərinə götürəcək. Operatorun başlıca vəzifəsi vergi ödəyicisini kassa aparatı ilə təmin etdikdən sonra vaxtında və keyfiyyətli xidmət göstərməkdir. Eyni zamanda kassa sisteminin düzgün işlədilməsini izah etməli və istismarını təmin etməli, kassa sistemini rübdə bir dəfədən az olmamaq şərti ilə müdaxilələrin qarşısını almaq məqsədilə yoxlamalı, iş fəaliyyəti zamanı yaranan nöqsanları aradan qaldırmalı, paylanılan kassa modellərinin müəyyən ehtiyatına malik olmalı və Vergilər Nazirliyi ilə qarşılıqlı fəaliyyət göstərməlidir.

Operatorlar tərəfindən həmçinin istifadəçi təlimatı və kassa sisteminin istismar sənədləşdirilməsinin hazırlanması da həyata keçirilir. Bununla yanaşı, operatorlar kassa sistemi istifadəçilərinə əsas xidmətlərin təqdim edilməsini, kassa sisteminin nəzarət mexanizm qurğusu ilə təchiz edilməsini və qeydiyyatını, quraşdırılmasını, texniki dəstəyin göstərilməsini, təmirini, müvəqqəti kassa sisteminin təqdim olunmasını və uçotdan çıxarılmasını həyata keçirir.


Ana səhifəyə qayıt
    Oxunub: 1827

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac