Problemli kreditlər azalmağa başlayıb –Mərkəzi Bank hesabat yaydı
(11-03-2019, 11:53)

Problemli kreditlər azalmağa başlayıb –Mərkəzi Bank hesabat yaydı2019-cu il fevralın 1-nə ödəniş vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 569,4 milyon manata düşüb.

Novator.az-ın məlumatına görə, Mərkəzi Bank belə hesabat yayıb. Yanvarın 1-nə problemli kreditlər 1 milyard 585 milyon manat həddində idi.

Prezident İlham Əliyevin 28 fevral fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutur. 2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Hazırda 1 dollar 1,7 manata təklif edilir.

28 fevral fərmanına əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənəcək. Fevralın 1-nə xarici valyutada 4 milyard 821,1 milyon manat kredit olub. Bunun 793,1 milyon manatı problemli kreditdir.


Ana səhifəyə qayıt
    Oxunub: 870

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
14-mart-2019
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac