Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib –Qərar bu gündən qüvvəyə minib
(15-03-2019, 13:21)

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib –Qərar bu gündən qüvvəyə minibAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9.25%-dən 9%-ə endirilməsi haqda qərar qəbul edib. ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar 15 mart 2019-cu ildən qüvvəyə minib.

“İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövr ərzində illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapozonunun aşağısında qərarlaşmışdır. Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas prioriteti iqtisadi aktivliyin yüksəlməsi şəraitində inflyasiyanın hədəf çərçivəsində formalaşmasını təmin etməkdən ibarətdir. 2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənilir”, – deyə AMB-nin məlumatında deyilir.

AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarının açıqlaması 2019-ci il aprelin 26-da ictimaiyyətə təqdim ediləcək.


Ana səhifəyə qayıt
    Oxunub: 2784

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac