Prezident yoxlamalarla bağlı fərman verdi –Güzəştlər gömrük auditinə şamil olunmayacaq
(10-04-2019, 19:56)

Prezident yoxlamalarla bağlı fərman verdi –Güzəştlər gömrük auditinə şamil olunmayacaqPrezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Qanun-namine.info xəbər verir ki, fərmana əsasən, yoxlamaların dayandırılması sahibkarlıq sahəsində gömrük auditinə də şamil edilməyəcək.

Müddəa indiyədək isə belə idi: “Bu fərmanın müddəaları vergi yoxlamalarına, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı tələblərə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həyata keçirilən yoxlamalara şamil edilmir”.


Ana səhifəyə qayıt
    Oxunub: 5220

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac