SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlib –Hesabat
(4-06-2019, 14:01)

SOCAR-ın gəlirləri 111,2 milyard manata yüksəlib –Hesabat2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi gəlirləri əvvəlki illə müqayisədə 20% artaraq 111,198 mlrd.manata çatıb.

Bu barədə şirkətin 2018-ci il üzrə audit olunmuş maliyyə hesabatında qeyd edilib.

Hesabat ilində satışların maya dəyəri 105,468 mlrd. manat, xalis əməliyyat xərcləri isə 2,135 mlrd. manat təşkil edib. Ötən ildə şirkətin əməliyyat gəliri 42,5% artaraq, 3,595 mlrd. manata çatıb.

Bildirilib ki, SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, Şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olub. Beləliklə, şirkətin xalis mənfəəti 1,224 mlrd. manat təşkil edib. Hesabat ilində xam neftin satışından 58,462 mlrd. manat, neft məhsullarının satışından isə 40,093 mlrd. manat əldə edilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, 2017-ci və 2018-ci illərdə SOCAR maliyyə göstəricilərini neft böhranından əvvəlki səviyyəyə qaldırmağa nail olub,bu illəri mənfəətlə başa vurub: “Ötən il dövriyyədə müsbət saldonun əldə olunmasına əsas etibarilə, dünya neft bazarında qiymətlərin artması, STAR və Polipropilen zavodlarının istismara verilməsi ilə neft-kimya məhsullarından daha yüksək gəlirin əldə edilməsi, “Şahdəniz-2” layihəsi üzrə təbii qaz satışının yüksəlməsi səbəb olub. Növbəti illərdə yeni layihələrin başa çatdırılması və dayanıqlı istismarı ilə bu müsbət dinamikanı qorumağa çalışacağıq”.

Audit olunmuş maliyyə hesabatlarına görə SOCAR Qrupunun ümumi aktivləri ötən il 1,29% artaraq 62,136 mlrd., bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 mlrd. manat təşkil edib. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə 8,96% artaraq 23,944 mlrd. manata çatıb.

Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb. SOCAR-ın 2018-ci ildə hazırlanmış maliyyə hesabatlarına əvvəlki illərdə olduğu kimi audit şirkətlərindən Ernst & Young Holdings (CIS) B.V. müsbət rəy verib. Bildirilib ki, ötən hesabat illəri ilə müqayisədə 2017-ci və 2018-ci illərdə davam etdirilən əlavə tədbirlər nəticəsində audit rəyinin 1 ay əvvəl alınmasına nail olunub/Report.


Ana səhifəyə qayıt
    Oxunub: 5220

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac