Neftin qiyməti son 3 həftənin maksimumuna yüksəlib- ABŞ-İran gərginliyinə görə
(25-06-2019, 11:43)

Neftin qiyməti son 3 həftənin maksimumuna yüksəlib- ABŞ-İran gərginliyinə görəABŞ-İran gərginliyi “qara qızıl”ın qiymətini son 3 həftənin maksimumuna yüksəldib.

ABŞ Prezidenti Donald Trampın İrana genişmiqyaslı əlavə sanksiyalar tətbiq ediləcəyini açıqlaması fonunda ABŞ-İran arasında davam edən siyasi gərginlik neftin qiymətinin son 3 həftənin maksimumuna qalxmasına səbəb olub.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 64,80 dollardan, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,40 dollardan baha satılır.

Xatırladaq ki, iyunun ortalarında neftin qiyməti son 5 ayın ən aşağı səviyyəsinə düşmüşdü. Lakin son bir həftədə “qara qızıl”ın qiyməti 3-4 dollar/barrel bahalaşıb(azərtac).



Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
21-noyabr-2019
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac