Dövlət bu əmlakları satışa çıxarır - Ucuz qiymətə
(1-07-2019, 15:57)

Dövlət bu əmlakları satışa çıxarır - Ucuz qiymətəƏmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri iyulun 30-da keçiriləcək.

Komitədən verilən məlumata görə, bu dəfə hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar “Bərdə Kərpic”, “Azinterservis”, “Şəmkir Nəqliyyat Ekspedisiya” kimi dövlət əmlaklarının 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsində iştirak edə bilər.

Səhmdar cəmiyyətlərindən biri Oğuz rayonu, Kərimli kəndində yerləşən “Oğuz Kəndkimya”-dır. Aqrokimyəvi xidmət və təchizat üzrə fəaliyyət göstərən müəssisənin ümumi torpaq sahəsi 24 min kv.m, tikili sahəsi isə 2,6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisinə inzibati bina, təmir sexi, anbarlar və digər tikililər daxildir. Özəlləşdirməyə çıxarılmış hər bir səhmdar cəmiyyəti haqqında ətraflı məlumat əldə etmək istəyənlər göstərilən linkə (http://www.privatization.az/index.php/az/component/content/article?id=6176) daxil ola bilər.

Qeyd edək ki, hərraca buraxılış tarixi 2004-2009 olan nəqliyyat vasitələri də çıxarılıb. Nissan, Renault, Hyundai və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 3 min manatla 8 min manat arasındadır. Özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələri ilə tanış olmaq və sifariş vermək istəyənlər müvafiq linkə (http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri?layout=edit&id=6174 ) daxil ola bilər. İştirak statusu qazanmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron resursları üzərindən onlayn formada sifariş vermək və dövlət əmlakının hərrac qiymətinin 10%-i məbləğində behi ödəmək kifayətdir.


Ana səhifəyə qayıt
    Oxunub: 3045

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac