61 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
(29-07-2019, 16:02)

61 dövlət əmlakı özəlləşdirməyə çıxarılıbƏmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac avqustun 27-də keçiriləcək.

Komitədən bildirilib ki, budəfəki hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 14,8 kvadratmetr ilə 9,2 min kvadratmetr arasındadır. Dövlət əmlakları arasında yardımçı təsərrüfat, tikiş fabrikinin filialı, ticarət, xidmət obyektləri və digər müəssisələr var. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki xidmət obyektinin ümumi faydalı sahəsi 621,6 kvadratmetrdir. Dövlət əmlakı 668,3 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla yanaşı, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır. Ümumi faydalı sahəsi 47 kvadratmetr olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Bu növ dövlət əmlakları xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.

Salyan, Lerik, Şəmkir, Bərdə kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30-45 faizlik dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında “Sabirabad İnşaat Sənaye”, “Oğuz kəndkimya”, “Kürdəmir Quşçuluq” və digər səhmdar cəmiyyətləri var.

Budəfəki hərracda avtomobil almaq istəyənlər seçimlərini buraxılış tarixi 2005-2009-cu illər olan nəqliyyat vasitələri üzrə edə bilər. Qeyd edək ki, bu avtomobillər “Hyundai”, “BMW”, “Fiat” və digər markalara aiddir.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda tətbiq olunan elektron imkanlar şəffaf və rahat mühiti təmin edir. Belə ki, seçim, sifariş və iştirak prosedurlarının sadələşdirilməsi hərraclara olan vətəndaş marağını artırır. Bütün növ dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu mənbələrdə hər bir əmlak haqqında ətraflı məlumat əldə etməklə yanaşı, elektron sifariş vermək də mümkündür. Bundan başqa, sifarişçilər və ziyarətçilər hərracın keçirildiyi məkana getmədən onlayn formada məsafəsiz özəlləşdirmədə iştirak edə bilərlər.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac