Dolların məzənnəsi son 2 ilin ən yüksək həddinə çatdı –FED-in son qərarı dünyanı silkələyir
(1-08-2019, 15:54)

Dolların məzənnəsi son 2 ilin ən yüksək həddinə çatdı –FED-in son qərarı dünyanı silkələyirABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması qlobal maliyyə bazarlarında dolların məzənnəsini son 2 ilin ən yüksək həddinə çatdırıb.

Bu barədə Rusiya mətbuatının məlumatına görə, dollar indeksi 2017-ci ilin may ayından bəri maksimal həddə – 98,363-ə çatıb.

Mütəxəssislər FED-in növbəti faiz azalmasına gələn ay gedəcəyini, sonra isə “fasilə” götürəcəyini ehtimal edirlər.
Xatırladaq ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) dünən 30-31 iyul tarixlərində keçirilən iclasların yekunu üzrə qərarını verib. Qərara əsasən, faiz dərəcəsi 25 bənd azalıldaraq illik 2-2,25% səviyyəsinə endirilib.

Məlumat üçün qeyd edək ki, faizin aşağı salınması son 11 ildə baş vermirdi. Bu isə bir çox ekspertləri proqnozlarında yanıltmaqla yanaşı, bütün ölkələrin Mərkəzi Banklarını yeni qərarlar almağa sövq etməyə başlayıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac