Neft Fondu 19 il ərzində neft satışından əldə olunmuş gəlirlə bağlı rəqəmləri açıqlayıb –143,37 milyard dollar
(8-08-2019, 16:17)

Neft Fondu 19 il ərzində neft satışından əldə olunmuş gəlirlə bağlı rəqəmləri açıqlayıb –143,37 milyard dollar2001-ci ildən bu günə qədər Azərbaycan Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft hasilatından və satışından 143,37 mlrd. dollar daxil olub.

Bu barədə Dövlət Neft Fondunun 8 avqust tarixli məlumatında deyilir. Cari il ərzində Fonda 5,16 mlrd. dollar daxil olub.

Bu il “Şahdəniz” yatağından kondensat satışından əldə olunmuş gəlir 209 mln. dollar təşkil edib, 2007-ci ildən bu günə qədər isə bu yataqdan qaz satışından Fonda 2,7 mlrd. dollar daxil olub. Bu günə Dövlət Neft Fondunun ümumi həcmi 42,46 mlrd. dollar təşkil edir.


Ana səhifəyə qayıt
    Oxunub: 1218

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac