Kredit qoyuluşlarının həcmi 14%-ə yaxın artıb –Mərkəzi Bank
(30-09-2019, 16:39)

Kredit qoyuluşlarının həcmi 14%-ə yaxın artıb –Mərkəzi BankBu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 526,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu göstərici son bir ayda 184,1 mln. dollar və ya 1,4% artıb.

Cari ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 898,1 mln. manat və ya 7,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 620,9 mln. manat və ya 13,6% artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac