Dövlət büdcəsinə ödənilməli olan vergilər açıqlandı
(29-12-2019, 10:17)

Dövlət büdcəsinə ödənilməli olan vergilər açıqlandıYanvar ayında vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər açıqlanıb.

Vergilər Nazirliyindən verilən məlumata görə, bunlar aşağıdakılardır:

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən 2019-cu ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2020-ci ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları əlavə dəyər vergisinin bəyannaməsi, aksiz bəyannaməsi, yol vergisinin bəyannaməsi, mədən vergisinin bəyannaməsi, pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir). 2019-cu ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları Sadələşdirilmiş verginin bəyannaməsi (1 nömrəli Əlavə ilə , zərurət olduqda 2 və 3 nömrəli Əlavələr ilə birlikdə) 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

2019-cu ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini də 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim etməli və 2019-cu ilin dekabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Eləcə də dövlət rüsumunun tutulması barədə hesabat 2020-ci ilin yanvar ayının 21-dək vergi orqanına təqdim edilməli, notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.

2019-cu ilin 4-cü rübünə görə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat işsizlik sığortası üzrə rüblük hesabat 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli, 2019-cu ilin dekabr ayı üzrə hesablanmış sığorta haqları isə 2020-ci ilin yanvar ayının 15-dən gec olmayaraq tam həcmdə nağsız formada dövlət büdcəsinə ödənilməlidir.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2019-cu ilin dekabr ayı üzrə hesablanmış vergi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Digər vergi ödəyiciləri tərəfindən (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2019-cu ilin dekabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Qeyd edək ki, 20.01.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2020-ci il tarixə keçirilib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac