Azərbaycanın valyuta ehtiyatları 51 mlrd. dollara yaxınlaşıb –Mərkəzi Bank
(30-12-2019, 11:21)

Azərbaycanın valyuta ehtiyatları 51 mlrd. dollara yaxınlaşıb –Mərkəzi BankProfisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 13,7% artaraq 50,9 mlrd. ABŞ dollarına çatıb ki, bu da ÜDM-i üstələyir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6,2 mlrd. dolları üstələyib.

Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri (111 mlrd. dollar) öhdəlikləri (54 mlrd. dollar) 2 dəfədən çox üstələyir. Bu Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və kreditor rolunda çıxış etdiyini göstərir.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac