“Şəfəq-Asiman”da qazmanın başlanılması üçün son hazırlıq işləri gedir –BP
(10-01-2020, 11:19)

“Şəfəq-Asiman”da qazmanın başlanılması üçün son hazırlıq işləri gedir –BPYaxın günlərdə BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv blokunda ilk SAX01 kəşfiyyat quyusunun qazılmasına start verməyə planlaşdırır.

Bunu “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, hazırda qazmanın başlanılması üçün son hazırlıq işləri aparılır.

“Bütün işləri bitirmişik. Hazırda da qazmanın yaxın günlərdə başlanması üçün son hazırlıqlar aparılır”, – deyə T. Bayatlı bildirib.

Qeyd edək ki, quyunun qazılması “Heydər Əliyev” Səyyar Dəniz Qazma Qurğusunu (SDQQ) (qurğunun operatoru – “Caspian Drilling Company Ltd” (CDC)) vasitəsi ilə aparılacaq.

Xatırladaq ki, “Şəfəq-Asiman”da qazma işləri 12 ay ərzində həyata keçiriləcək. Bu perspektiv blokda ilk SAX01 kəşfiyyat quyusunun qazılması işlərinin (o cümlədən quyunun sınaq fəaliyyətləri – red.) ümumilikdə 604 günədək davam edəcəyi gözlənilir.

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinə əsasən, qazıldıqdan sonra quyunun konservasiya ediləcəyi və 1-3 illik fasilədən sonra (quyu sınağı üçün qazma qurğusunun mövcudluğundan asılı olaraq – red.) quyuda sınaq işlərinin aparılması gözlənilir.

Ümumi layihə çərçivəsində fəaliyyətlər iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə quyunun qazılması və konservasiyası işləri daxildir (qazma işləri 2020-ci ilin üçüncü rübündə, konservasiya – 2020-ci ilin dördüncü rübündə başa çatacaq – red.). İkinci mərhələdəki işlərə quyunun sınağı və quyunun ləğvi daxildir. SAX01 quyusunun qazılmasında əsas məqsəd Kontrakt sahəsinin gələcəkdə potensial işlənməsinə başlamazdan əvvəl Qırmakuüstü Qumlu, Fasilə və Balaxanı lay dəstələrindəki qaz ehtiyatını qiymətləndirməkdir.

“Şəfəq-Asiman” kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə uzanır. Sahəsində suyun dərinliyi təxminən 600-800 metr təşkil edir və bu yataqda karbohidrogen ehtiyatları dəniz səviyyəsindən aşağıda təxminən 6-7 min metr dərinliklərdə yerləşir.

“Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP (operator) və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac