Könüllü həyat sığortası üzrə toplanan haqlar azalıb –Ödənişlər isə artıb
(7-02-2020, 15:49)

Könüllü həyat sığortası üzrə toplanan haqlar azalıb –Ödənişlər isə artıbÖtən il Azərbaycanda könüllü həyat sığortası üzrə 219 371,2 min manat sığorta haqları toplanıb və 121 797,8 min manat sığorta ödənişləri edilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, könüllü həyat sığortası üzrə toplanan haqların həcmi illik ifadədə 28,2% azalıb, sığorta ödənişlərinin isə həcmi 28,2% artıb.

Könüllü həyat sığortası üzrə ödənişlərin və haqların böyük hissəsini həyatın yaşam sığortası təşkil edib. Belə ki, 2019-cu ildə könüllü həyatın yaşam sığortasının ümumi könüllü həyat sığortası üzrə toplanan haqlarında payı 75,7%-ə, sığorta ödənişlərində isə 98,9%-ə bərabər olub.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac