OPEC+ ölkələri yanvarda saziş üzrə planı 112% yerinə yetirib
(6-03-2020, 16:44)

OPEC+ ölkələri yanvarda saziş üzrə planı 112% yerinə yetiribNeft hasilatının azaldılması ilə bağlı sazişdə iştirak edən OPEC+ ölkələri yanvar ayında saziş üzrə planı 112% (dekabr ayında 145% olub) yerinə yetirib.

Bu barədə TASS-a OPEC+in mart iclasında hesablamaların nəticəsindən sonra nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.

Beləliklə, saziş ölkələri gündəlik hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsi ilə müqayisədə 1.9 milyon barel azaldıb. Hərçənd razılaşmaya görə, bu rəqəm 1,7 milyon barel olmalı idi.

Eyni zamanda yanvar ayında OPEC ölkələri tərəfindən saziş üzrə plan 136% (dekabr ayında 168% olub), qeyri-OPEC ölkələri tərəfindən isə 55% (dekabr ayında 95% olub) həcmində yerinə yetirilib.

Xatırladaq ki, OPEC+ ölkələri 2017-ci ildən bəri hasilatı razılaşdırılmış şəkildə idarə edir. 2019-cu ilin iyul ayında onlar neft hasilatını 2018-ci ilin oktyabr ayının səviyyəsi ilə nisbətdə gündəlik 1,2 milyon barel azaltmaq barədə olan razılaşmanı martın sonuna qədər uzadıb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac