Məhkəmə icra başçısının həbsinə qərar verdi
(20-08-2020, 14:58)

Məhkəmə icra başçısının həbsinə qərar verdi Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.


Qanun-namine.info xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***


Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib.

Qanun-namine.info-nun məlumatına görə, bu gün Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılacaq.

Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən gün keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
14-sentyabr-2020
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbərlər

Reklam

Hava Haqqında
Sayğac