Bakıda silahlı İNSİDENT - Binanın girişində güllələndi
(12-11-2018, 12:40)

Bakıda silahlı İNSİDENT - Binanın girişində güllələndiBakıda silahlı insident olub.


Qanun-namine.info Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, M.Qardaşları küçəsi 119 ünvanından yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. Orada yaşayan Elnur Əliyev binanın girişindəki pilləkən qəfəsində odlu silahdan atəş açaraq Namiq Nəcəfovu güllələyib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə törədən E.Əliyev şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz odlu silah saxlama), 229.1-ci (qanunsuz olaraq silah hazırlama) maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, E.Əliyev N.Nəcəfovu aralarında olan şəxsi-qərəzli münasibətlərlə əlaqədar qisas məqsədi ilə öldürmək istəyib.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac