Gürcüstanda azərbaycanlı gəncləri güllələyən şəxslər tutuldu –DİN açıqlama yaydı
(25-12-2018, 14:36)

Gürcüstanda azərbaycanlı gəncləri güllələyən şəxslər tutuldu –DİN açıqlama yaydıGürcüstanın Qardabani rayonunun Qaçianı kəndində ötən gün azərbaycanlılara məxsus qəbirstanlıqda atışma törədən şəxs saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1970-ci il təvəüllüdlü Z.T. adlı şəxs dekabrın 24-də Qaçiani kəndində qarşıdurma nəticəsində “Naqan” markalı tapança ilə üç nəfəri yaralayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəliblər. Qarşıdurmada iştirak edən iki şəxs polisə müqavimət və fiziki təzyiq göstərdiyinə görə saxlanılıb.

Faktla bağlı iki və ya daha çox şəxsin sağlamlığına qəsdən zərərvurma maddəsi üzrə cinayət işi başlanılıb. Saxlanılan şəxsi 9 ildən 13 ilədək, polisə müqavimət göstərən şəxsləri isə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir/Report.


Ana səhifəyə qayıt
    Oxunub: 13920

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac