400 min manatlıq dələduzluq edən şəxsə cəza istəndi
(25-01-2019, 19:38)

400 min manatlıq dələduzluq edən şəxsə cəza istəndiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 1-nə təyin edilib.

Qeyd edək ki, B.Babayev Bakı şəhər sakinləri - Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 400 min manatını dələduzluq yolu ilə ələ keçirib. O, həmin şəxslərə iş qurmaq adı ilə vədlər verib. Lakin sonda B.Babayev vədinə əməl etməyib.

B.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.(Report)


Ana səhifəyə qayıt
    Oxunub: 2001

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac