Tələbənin qətlə yetirilməsi ilə bağlı – RƏSMİ MƏLUMAT
(23-04-2019, 12:20)

Tələbənin qətlə yetirilməsi ilə bağlı – RƏSMİ MƏLUMATAprelin 22-də Qazax rayonunun Çaylı kəndində kənd sakini Məhərrəm Qocayev münaqişə zəminində həmkəndlisi Rahil Cələddinlini bıçaqla qətlə yetirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Qocayev saxlanılıb.

Qeyd edək ki, Hadisənin borc üstündə baş verdiyi deyilib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva təqribən 25-30 manat pul borc verib. R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.


Ana səhifəyə qayıt
    Oxunub: 4437

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac