Mənzil dələduzluğunda təqsirləndirilən şirkət rəhbərlərinə hökm oxundu –Məhkəmə prosesi
(2-07-2019, 12:56)

Mənzil dələduzluğunda təqsirləndirilən şirkət rəhbərlərinə hökm oxundu –Məhkəmə prosesiBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “200” MTK-nın rəhbəri Etibar Fərziyev və onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyanın hökmü ilə E. Fərziyev 10 il, E.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunublar. İş üzrə 23 nəfər zərərçəkmiş var.


Ana səhifəyə qayıt
    Oxunub: 4176

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac