Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri hakim qarşısında –Rüşvət qalmaqalı
(23-07-2019, 16:22)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri hakim qarşısında –Rüşvət qalmaqalıBakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri – Mehdi Abdullayev və Novruz Alkərəmov barəsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qanun-namine.info “Report”a istinadla xəbər verir ki, cinayət işinə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılır.

Prosesdə ifadə verən Mehdi Abdullayev şöbədə baş məsləhətçi işlədiyini deyib. O, özünü təqsirli bilmədiyini və ittihamın əsassız olduğunu söyləyib: “Rüşvət aldığım iddia olunan Teymur Aslanovu tanımıram və onu istintaqda görmüşəm. Onunla görüşməyimi və rüşvət aldığımı sübut edən fakt yoxdur. O da digər vətəndaşlar kimi nazirliyə müraciət edib, müraciəti də aidiyyəti üzrə baxılıb”.

M.Allahverdiyev T.Aslanovun qərəzli şəkildə belə bir ifadə verdiyini vurğulayıb. Ancaq yük maşınının sürücüsü olan Teymur Aslanovla arasında hansı qərəzin olması ilə bağlı suala aydınlıq gətirə bilməyib və söyləyib ki, bu, başqa şəxslər arasında olan mübahisənin nəticəsidir.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması ilə bağlıdır. Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir. Onlara Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac