Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı –DİN açıqlama yaydı
(3-12-2019, 09:27)

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı –DİN açıqlama yaydıÖtən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, dekabr ayının 2-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib”.

Məlumatda o da deyilir ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb”.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac