Balakəndə ailə üzvlərini güllələyən şəxs saxlanıldı –DİN-dən açıqlama
(19-12-2019, 11:05)

Balakəndə ailə üzvlərini güllələyən şəxs saxlanıldı –DİN-dən açıqlamaBalakən rayonunda ailə üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 18-də saat 20 radələrində Balakən rayonunun Yeni Şərif kəndində yaşayan M.Bağmanovun odlu silahla 4 nəfərə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

M.Bağmanovun evində ov tüfəngindən açdığı atəşlə oğluna, qızına, azyaşlı nəvəsinə və orada qonaq olan qonşusuna xəsarət yetirdiyi müəyyən edilib. M.Bağmanovun oğlu və qızı xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Görülən tədbirlərlə adam öldürməyə cəhd etməkdə şübhəli bilinən M.Bağmanov saxlanılıb, ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac