Avtobus dayanacağında taksi saxlamaq qadağan olunur – 50 manat cərimə
(27-12-2016, 18:21)

Avtobus dayanacağında taksi saxlamaq qadağan olunur – 50 manat cəriməAzərbaycanda müntəzəm sərnişin daşıyan avtobus marşrutlarından və dayanacaqlarından digər nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur.

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə əlavə edilən .0.8-ci bəndə görə, qeyri-müəyyən sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsi məsuliyyət yaradır və buna görə 40 manatdan 50 manata qədər cərimə tətbiq olunur.

Maddəyə əlavə edilən digər .0.9-cu bəndə görə isə qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsi məsuliyyət yaradır və buna görə də 40 manatdan 50 manata qədər cərimə tətbiq ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac