Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsi aparılacaq
(15-04-2019, 18:23)

Azərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsi aparılacaqAzərbaycanda qanunvericiliyin təsirinin qiymətləndirilməsi aparılacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Sənədə əsasən, Prezident Administrasiyası inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək.

Administrasiyanın hüquq xidməti vasitəsilə qanunvericiliyin təsirinin qiymətləndirilməsi üzrə işlərin əlaqələndirilməsini təmin ediləcək.

Fərmanla Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.


Ana səhifəyə qayıt
    Oxunub: 870

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac