Azərbaycanda Mediasiya Şurası… –2020-ci ilin iyununda fəaliyyətə başlayacaq
(23-05-2019, 11:47)

Azərbaycanda Mediasiya Şurası… –2020-ci ilin iyununda fəaliyyətə başlayacaqAzərbaycanda mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədi ilə yaradılacaq Mediasiya Şurasının 2020-ci ilin iyununda fəaliyyətə başlayacağı gözlənilir.

Hazırda bununla bağlı müvafiq işlər aparılır.

Şuranın yaradılmasında məqsəd mübahisələrin məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsindən ibarətdir.

Bundan sonra vətəndaşlar məhkəmədən öncə Mediasiya Şurasına müraciət edəcək və tərəflər arasında barışıq əldə olunarsa, iş məhkəməyə göndərilməyəcək.

Qeyd edək ki, Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaq. Şura haqqında əsasnamə hazırlanacaq, şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək.



Ana səhifəyə qayıt
    Oxunub: 2001

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac