Nazirlər Kabinetindən gömrük rüsumları ilə bağlı qərar –Dəyişiklik
(12-07-2019, 10:26)

Nazirlər Kabinetindən gömrük rüsumları ilə bağlı qərar –DəyişiklikNazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qanun-namine.info xəbər verir ki, dəyişikliyə əsasən, çəkisi 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələri üçün idxal gömrük rüsumu müəyyənləşib.

Belə ki, indiyə qədər çəkisi 3.500 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinin gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu alınıb.

Dəyişikliyə əsasən, bundan sonra 1.600 kq-dan çox olan qoşqular və yarımqoşqular, digər özügetməyən nəqliyyat vasitələri və onların hissələrinin hər bir ədədinə gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq ediləcək.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac