PREZİDENT MƏHKƏMƏ HAKİMLƏRİ İLƏ BAĞLI SƏRƏNCAM VERDİ –Yeni təyinatlar
(19-07-2019, 18:03)

PREZİDENT MƏHKƏMƏ HAKİMLƏRİ İLƏ BAĞLI SƏRƏNCAM VERDİ –Yeni təyinatlarPrezident İlham Əliyev bu gün daha bir neçə sərəncam imzalayıb.

Qanun-namine.info xəbər verir ki, sərəncama əsasən, İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Digər sərəncamla Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilib.

Bir digər sərəncamla Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.


Ana səhifəyə qayıt
    Oxunub: 3306

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Günün xəbərləri

Reklam

Hava Haqqında
Sayğac