Azərbaycan daha bir Konvensiyaya qoşuldu
(1-11-2019, 09:55)

Azərbaycan daha bir Konvensiyaya qoşulduXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti “Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Lansarote Konvensiyası adlanan bu beynəlxalq müqavilədə cinayət məsuliyyətinə səbəb olan uşaqlara qarşı seksual xarakterli əməllər, belə əməllərin profilaktikası, qarşısının alınması və onlarla mübarizəyə dair tədbirlər, habelə dövlətlərin bu sahədə əməkdaşlığın istiqamətləri müəyyən edilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin Konvensiyanın müddəalarına uyğunlaşdırılmasına dair təkliflərin təqdim edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

Bu Konvensiya Azərbaycan Respublikasının qoşulduğu Avropa Şurasının 74-cü beynəlxalq müqaviləsi oldu.


Ana səhifəyə qayıt

Axtariş

Xəbər Lenti

 
 
 
 
 
 
21-noyabr-2019
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Reklam

Hava Haqqında
Sayğac